adalet.az header logo
  • Bakı -°C
12 Mart 2026 19:48
83
MƏMLƏKƏT
A- A+

Polis həmişə olduğu kimi dövləti və xalqı qoruyur...  

Azərbaycan polisi çox şanlı və şərəfli bir yol keçıb. Çünki onlar dövlətimizin  və xalqımızın ən ağır günlərində onların yanında olub.Qanunu icra edərkən  heç nədən çəkinməyib. Hətta  şəhid olmaqdan , ölümdən belə qorxmayıb. Birinci Qarabağ savaşında onların torpaqlarımız  uğrunda aslan kimi necə döyüsdüklərinin şahidi olmuşam. Onda indiki kimi  müasir  silahlarımız və döyüş maşınlarımız  yox idi. Amma igid  polislərimiz, qorxmaz  oğullarımız vardı.

Və onlar təpədən - dırnağa hər cür silahlarla  təchiz edilmiş erməni əsgərlərinə  qan uddururdular. Düzdür, silah da müharibədə önəmli rol oynayır.Ancaq əsas sözü əsgər , polis  və digər döyüşçülər deyirlər. Onların hər cür müasir silahları var  idi, bizim aslan kimi döyüşən oğullarımız.İkinci Qarabağ savaşında və antiterror əməliyyatları zamanı bu şirbiləkli, aslan ürəkli oğullarımız və o cümlədən polislərimiz  öz sözlərini dedilər.

Çevik Polis Alayının  əməkdaşları antiterror əməliyyatı zamanı Xankəndi, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə və digər yaşayış məntəqələri uğrunda gedən döyüslərdə qəhrəmanlıqla  döyüşdülər . Və bir daha Prezident İlham Əliyevə, xalqa, dövlətə , vətənə sədaqətlərini  nümayiş etdirdilər.Sübut etdilər ki, Azərbaycan əsgərinin, Azərbaycan polisinin qarşısında heç bir düşmən qüvvəsi tab gətirə bilməz! Bunu tək düşmənlərimiz deyil, bütün dünya bildi!  Bu gün Azərbaycan polisi  ölkəmizdə cinayətkarlığa qarşı münarizədə  və ictimai  asayişin qorunmasında  çox  böyük rol oynayır.Həmin mübarzənin öndə Çevik Polis Alayının əməkdaşları da var.

Onlar dövlət tədbirlərinin keçirilməsində , mədəni- kütləvi   yığıncaqların təhlükəsizliyinin təmin edilməsində  öz üzərlərinə düşən vəzifə borcunu məsuliyyətlə yerinə yetirirlər. O cümlədən Bakı şəhərində bütün bayram  tədbirlərinin keçirilməsi zamanı şənlikdə iştirak edən insanların təhlükəsizliyini  yüksək səviyyədə təmin edirlər.  Qarşıdan milli bayramımız - Novruz bayramı gəlir. Düz on gün iş günü olmayacaq.Yəni martın 20-dən 30- na kimi Azərbaycan polisi, eləcə də Çevik Polis Alayı güclendirilmiş rejimdə işləyəcək.Yəni biz istirahət mərkəzlərində , evimizdə  dincələrkən , bayram edərkən onlar  24 saat iş başında olacaq və bizim təhlükəsizliyimizi qoruyacaqlar.

Allah da onları qorusun . Bir faktı da qeyd edək ki, Çevuk Polis Alayının Binəqədi rayonundakı bölüyü və onun komandiri Elvin Babayev  Prezidentə, dövlətə və xalqa sədaqətlə   xidmət edirlər. Onlar Bakı şəhərində və rayon  ərazisində  keçirilən bütün dövlət , kütləvi  tədbirlərdə  insanların təhlükəsizliyini  yüksək  səviyyədə təmin edirlər.Bununla yanaşı, Çevik Polis Alayının Xətai , Nizami , Yasamal, Nəsimi  və Nərimanov rayonlarındakı bölükləri də  cinayətkarlığa qarşı münarizədə və ictimai asayişin qorunmasında öz üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirirlər.Bu isə o deməkdir ki, xalqımız bayram günlərində   çox rahat istirahət edə , şənlənə bilər . Çünki onları qoruyan və təhlükəsizliyini təmin edən Azərbaycan Polisi var! Novruz bayramı münasibətilə öncədən Azərbaycan polisini təbrik edir, onlara cansağlığı arzulayırıq!!! Allah bir daha şərəfli və namuslu  Azərbaycan polisini qorusun!!!

Faiq QİSMƏTOĞLU