“ABŞ hazırda İranı ona görə ram etmək istəyir ki...”
“Rusiya siyasətçilərinin və fikir adamlarının bir qrupu hesab edir ki, İrandan sonra növbə onlara çatacaq. Əslində bu onun etirafıdır ki, Rusiya qırmızı çizgiləri aşıb və bu dövləti cəzalandırmaq istəyənlərin qeyri-rəsmi ittifaqı mövcuddur. Bu yanaşma həqiqətdən uzaq deyil. ABŞ Venesuelanı ona görə ram etdi ki, bu dövlətin keçmiş lideri Rusiya və Çinlə strateji tərəfdaşlıq münasibətləri qurmaqla Amerikaya təhlükəsizlik problemi yaradırdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ABŞ hazırda İranı ona görə ram etmək istəyir ki, bu dövlət heç zaman nüvə silahına malik olmasın, bölgədə radikal qruplara dəstək verməsin:
“Rusiya da ona görə növbədə ola bilər ki, bu dövlət qonşularının ərazilərinə müdaxilə etməsin. Bu səbəbdən Venesuela və İrandan sonra növbənin Rusiyaya çatacağı barədə fikirlər səslənir. Ancaq məncə, ABŞ Prezidenti Donald Trampın İrandan sonrakı hədəfi Rusiya deyil, Kubadır. Rusiyaya növbənin çatmasına ehtiyac yoxdur. Bu dövlət Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməklə, özünü bataqlığa salıb və bu bataqlıqdan çıxmaq barədə düşünmür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Oktyabr 2026 23:02
Prezidentin 1 həftəsi... - VİDEO
18 Oktyabr 2026 19:00
Sahibə Qafarova Bişkekdə - FOTO
18 Oktyabr 2026 16:13
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
18 Oktyabr 2026 11:51
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
18 Oktyabr 2026 09:52
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
17 Oktyabr 2026 22:45
Hikmət Hacıyev həmin tarixdən YAZDI
17 Oktyabr 2026 20:21
"Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bütövdür" - Dövlət Bağçalı
17 Oktyabr 2026 15:40


Bakı -°C

