adalet.az header logo
  • Bakı -°C
09 Iyun 2026 11:45
69
MƏMLƏKƏT
A- A+

Telefonla oynayan sürücülər...

Heç kimə sirr deyil ki, bəzi sürücülər yol hərəkəti qaydalarını tez-tez ya bilərəkdən, ya da bilməyərəkdən  pozular. Bu isə bir çox halda ölümlə və xəsarətalma ilə  nəticələnir.

Bu barədə  dəfələrlə yol polisi sürücülərə xəbərdarlıq  edib və hətta onları maarifləndirib. Nəqliyyatın İntellektual İdarəedilməsi məkzənin yaydığı görüntülərdə  belə  hadisələri  vaxtaşırı izləyirik.Başqa bir yol hərəkəti qaydalarının pozulması isə  nəqliyyat vasitələrini  idarə edərkən bəzi sürücülərin mobil telefonla danışması, bir qədər də sərt  demiş olsaq, telefonla oynamasıdır. Bu qəbildən olan  qayda  pozuntuları nəticəsində Bakının kücə və prospektlərində  zəncirvari qəzalar baş verir, ölüm və xəsarəalma halları  olur, avtomobillərə zərər dəyir.

Həmin görüntülər məlum mərkəz tərəfindən qeydiyyata alınır və o ğörüntülər bir çox hallarda sosial mediada yayımlanır ki, bundan digər  sürücülər nəticə çıxarsınlar! Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli deyir ki, bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsiz üzündən sükan arxasında mobil telefonla danışarkən yol- nəqliyyat hadisəsi qaçılmaz olur. Hansı ki, nəqliyyat vasitəsini  idarə edərkən mobil telefonla danışmaq qanun pozuntusudur.Buna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanunu pozan sürücü 50 manat civarında cərimə olunur! Təbii ki, belə qayda pozuntulara   nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi küçə və prospektlərdə  zəncirvari qəzalar yaradır.

Biz bu barədə  sürücüləri və hərəkət iştirakçılarını mütamadi olaraq maarifləndirik ! Və bir daha  sürücülərin diqqətinə çatdırırıq  ki, sükan arxasında səhlənkarlıq eləməsinlər , sükan arxasında mobil  telefonla danışmasınlar! Bu, baş verə biləcək yol- nəqliyyat hadisələrinin  qarşısını  ala bilər!!!

Emil FAİQOĞLU