adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2026 11:33
72
SİYASƏT
A- A+

“Nikol da bütün digər ermənilər kimi bir tərəfdən Azərbaycana bağlıdır”

“Uzun illərdən sonra siyasi arenada peyda olan saqqalı və rukzaklı şəxs yükünü yerə qoyub, nəfəsini dərdikdən sonra bütün Güney Qafqazın taleyini dəyişməyə başladı. Sonralar bir çox tarixi sənədlər imza atacaq sağ əlini cəllad və qaniçən Sarkisyanın toxunuşundan qorumasına və sərxoş olub, ala buludlarda gəzəndə də başa düşüləcək addımlar atmırdı və bir çoxu onun məntiqini oxumaqda əziyyət çəkirdi. Yeni bir simanın administrasiya binasında ayağının tozu ilə gəlib, tərli - tərli oturması fonunda ev sahibi Sarkisyan bir tərəfini qaçaraq qoyması yolçunun qalib gəlməsinin ilkin təəssüratı idi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

Onun sözlərinə görə, şübhəsiz ki, qaynar Qafqazda sivil münasibət formasını tapmaq mümkün olmur:

“Tarixin harasından yapışsaq, emosional xalqların sapılcadakı qoyurğa kimi partlamağa hər an hazırdırlar. Soyuq rus psixologiyası da belə 200 il ərzində bu yaşayışı mental olaraq dəyişdirə bilmədi. Nikol da bütün digər ermənilər kimi bir tərəfdən Azərbaycana bağlıdır. Babası zurnaçı Nikol da Qazaxda oğul- uşaq toyunda, gəlingətirdidə az nəfəs tükətmədi.Amma bunun azərbaycanlı olmasının hekayəsi elə o qədərdir. Belə baxanda sırf azərbaycanlı kişidən törəyən Koçaryandan və digər Qarabağlı separatçılardan daha çox azərbaycanlıdlr deyirik”. 

Politoloq deyib ki, 90-larda qəzetində "Qarabağı Azərbaycana qaytarmaq lazımdır" tezisi yalançı Petrosyandan siyasi varislik daşısa da, sonralar özünü çox pis aparmışdı:

“Məşhur lift görüşündə ilk dəfə gördüyü Əliyevdən "mənə bir az vaxt verin" xahişi etməsindən sonra qəfildən cildini dəyişdirməsini kim bilməsə də cənab Prezident onları tanıyan biri kimi yaxşı başa düşürdü.Nikol artıq başqa dildə danışırdı.Amerika erməni lobbisinin Paşinyan hakimiyyətinə "peredelka" etdiyi Tonoyan çıxıb açıqda dedi ki, yeni torpaqlar istəyirik və Yevlaxa qədər almalıyıq. Fikrin ardında Paşinyan və qeyri- rəsmi qarısının hakimiyyətdən başgicəlləndirici dad almasından və qlobal sifarişdən qidalanması idi”. 

Ə.Əlibəyli bildirib ki, Azərbaycan xalqının gözü qarşısında Şuşada çaxır içir, sərxoş olur, yallı gedir, Anya Mehriban xanımı Muğam dinləməyə çağırırdı:

“Tarix bax belə dəyişməyə başladı: Sonra Tovuza hücum edib, Azərbaycanın həyatı lojistik xətlərini sıradan çıxarmağ cəhd etdilər, general Polad Həşimov şəhid oldu. Azərbaycan xalqı meydanlara axışdı. Hakimiyyət arxasında böyük xalq gücü ilə, 27 sentyabr günü qalibiyyət dastanını yazmağa başladı.Qalib prezident, Qalib xalq tandemi işini gördü.Nikol əlini sarğıdan çıxartdı, donuz da darıdan döyülə - döyülə çıxdı və proses bitdi.Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək.Nə dövr o dövrdür, nə də Paşinyan o adamdır.Belə, bir az da sevdiyimiz profilə çevrilib.  Seçkidə qalib gəlməsini və sülh müqaviləsinə İmza atmasını arzu edirik. Ondan sonra Yallı getməyə haqqı var!”.

Vasif ƏLİHÜSEYN