“Əgər üç gün sonra da həmin məhsulu almaq istəyirsinizsə...”
“Almaq istədiyiniz məhsul təcili ehtiyac deyilsə, onu dərhal almayın. Özünüzə 3 gün vaxt verin”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Davranış iqtisadiyyatı göstərir ki, insanların alış qərarlarının böyük hissəsi rasional hesablamadan deyil, ani emosiyalardan, reklamların təsirindən, endirim hissindən və "indi almasam, əldən çıxacaq" psixologiyasından qaynaqlanır. Əgər üç gün sonra da həmin məhsulu almaq istəyirsinizsə, böyük ehtimalla bu, emosional impuls yox, real tələbatdır. Yox, əgər bu istək zəifləyibsə, deməli, siz məhsula yox, keçici hissə pul xərcləmək üzrə idiniz. Əlqərəz, qənaət daha ucuz məhsul almaq yox, lazımsız xərclərdən imtina etmək bacarığıdır. Buna görə də almadığınız üçün cibinizdə qalan pul əldə etdiyiniz qazancdır”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Noyabr 2026 00:32
Dünyanın iqtisadi nəhəngləri: Hansı ölkələr liderdir?
20 Noyabr 2026 12:44
“Əslində isə imkanlar kifayət qədər genişdir...”
20 Noyabr 2026 10:35
“Vyetnam ilə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq imkanları yüksəkdir”
19 Noyabr 2026 10:24
“Bu gün böyük dövlətlər arasında rəqabət yalnız hərbi və siyasi müstəvidə getmir”
18 Noyabr 2026 11:51
Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mallar olacaq
18 Noyabr 2026 11:49
Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək
18 Noyabr 2026 11:49
Azərbaycanda maliyyə bazarı iştirakçılarına qarşı sanksiyanın məbləği dəyişdirilir
18 Noyabr 2026 11:47


Bakı -°C

