adalet.az header logo
  • Bakı -°C
11 Iyul 2026 11:38
89
SİYASƏT
A- A+

“Bu gün İranı kimin idarə etməsi məlum deyil...”

“İran özünü müharibədə qalib elan edib. Amma bu qalib ölkənin hərbi siyasi rəhbərliyi öz ərazisində nəinki sərbəst hərəkət edə bilmir, hətta yerin altından günəş işığına çıxa bilmir. ABŞ və İsrail rəhbərliyi isə İran sərhədlərində yerləşən ölkələrə səfər edir, orada görüşlər keçirir, mətbuat önünə çıxırlar, İranı təhqir və təhdid edirlər. Məsələn ABŞ prezidenti son bəyanatında bildirdi ki, İran ilə danışıqların aparılması mümkündür, hesab edir, amma atəşkəs dövrünün başa çatıb”.

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

Onun sözlərinə görə, danışıqlar aparılan müddətdə Irana zərbələr endiriləcək:

“Blokada və sanksiyalar bərpa olunacaq. Özünü bu müharibədə qalib edən İran isə buna qarşı adekvat addım ata bilmir, danışıqlardan imtina edə bilmir, yalnız zərbələrə görə ABŞ-ni günahlandırır. "Qalib ölkə" İrana iki gündə 170 raket zərbəsi endirən ABŞ gəmilərinə tərəf atəş açmağa qorxur. İran son günlər yalnız ona cavab vermək potensialı olmayan zəif ərəb ölkələrinə atəş açır və bu raket və dronnların əksəriyyəti məhv edilir. Bu günə olan real vəziyyət İran üçün böyük problemlər vəd edir. Daha əvvəl dənizdən blokadaya alınan İranın Rusiya, Türkiyə, Ermənistan, Çin və Hindistan ilə əlaqəsini təmin edən dəniz limanları, avtomobil və dəmir yollari vurulub. İranın sahil zolağına və adalarına kütləvi zərbələr endirilib. Maraqlı budur ki, ABŞ son zamanlar İsrailin hücumlarda iştirakına şərait yaratmır. Sanki Tramp "Qalib ölkəni" təkbaşına çökdürməyə çalışır”.

Hərbi ekspert deyib ki, HƏMAS, HİZBULLAH, Ənsar Allah, Yəmən, Livan, Qəzza, Hörmüz, Zəngəzur barədə İran artıq sərt bəyanatlar səsləndirə bilmir:

“Tramp isə İranın pərdə arxası da "gözü yaşlı yalvarışlarını" dərhal ictimailəsdirir. SEPAH təkrar, hətta havaya atəş açarsa, ABŞ daha kütləvi zərbələr endirəcək. İrana zərbələrin davam et əşi yalnız İsrailin maraqlarına uyğundur və SEPAH da son atəşkəs pozuntuları ilə İsrail maraqlarına sədaqətlə xidmət edir.Hörmüz boğazının bağlı qalması isə ən çox ABŞ maraqlarına uyğundur.Bu müharibədə ən çox qazanan İsrail, sonra isə ABŞ oldu. Ən çox itirən İran oldu, heç nə qazanmadı, əvvəlki illərdə qazandıqlarını da iturdi. Digər itirən tərəflər isə İranın zərbələr endirdiyi qonşuları olan ərəb ölkələri oldu. Buna görə daim deyirəm ki, terroru dəstəkləyən İran regional və hətta qlobal miqyasda təhdiddir. Bu gün İranı kimin idarə etməsi məlum deyil, belə bir ölkənin nüvə silahına malik olması tamamilə yolverilməzdir”.

Vasif ƏLİHÜSEYN