adalet.az header logo
  • Bakı -°C
14 Iyul 2026 10:58
53
MARAQLI
A- A+

Yayda çay içərlər, yoxsa su?

Bir çoxlarımız isti yay günlərində həddindən artıq ya çay, ya da su içirik. Görəsən, bunun hansı insan üçün xeyirlidir. Həkim- kardioloq Natiq Şükürov deyir ki, bizim millətin mentalitetində ən çox çay içməyə üstünlük verilir. Bu da normaldır.

Amma normal olmayan odur ki, ürək və böyrək xəstələri həddindən çox çay və su istehlak etməməlidir! Ən azından çoxlu çay içmək təzyiqi qaldırır və onları narahat edir! Bununla yanaşı, bir həkim- kardioloq olaraq onu deyə bilərik ki, hər bir insan gün ərzində 3 litr su içməlidir! İsti yay günlərində insanlar çox  tərlədiyinə görə , çox da su içməlidir. Əlbəttə, çay içməkdən su içmək daha yaxşıdır.

Özü də qaynanmış deyil, çiy halda ! Çünki çiy su müxtəlif minerallarla zəngindir və o insan üçün daha çox xeyirlidir.Heç kimə sirr deyil ki, yayda insanlar su ilə yanaşı, qarpız , yemiş də istehlak edir. Bu , məhsullar da insan üçün sərfəlidir! Bir sözlə, isti yay günlərində çaydansa, su içmək tibb nöqteyi-nəzərdən məqsədəuyğun sayılır. Və çay da içində üç stəkan, üç  fincandan artıq olmamalıdır!!!

Emil FAİQOĞLU