“Ermənistan TRİP layihəsi üzrə çərçivə sazişini təsdiq edir”
“Ermənistan hökuməti TRİPP layihəsi ilə bağlı təsdiq prosesinə başlayıb. ABŞ və Ermənistan arasında imzalanmış TRİPP layihəsini ilə bağlı strateji çərçivə sazişini hökumət təsdiq etdi. Müqavilə Konustitusiya məhkəməsinin müsbət rəy verdikdən sonra parlamentin təsdiqinə göndəriləcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, təbii ki, bu layihəni hökumət təsdiq edibsə, Konustitusiya məhkəməsi və parlamentdə təsdiq olunacaq:
“Bununla da TRİP layihəsi -Zəngəzur dəhlizinin açılması rəsmi Yerevan tərəfindən təsdiq olunmuş oldu.Rusiya və İran bu marşuruta qarşıdır. Rusiyanın bu istiqamətdə sərhəd qüvvələri var. Həmçinin İranla sərhəddə olması marşruta qarşı təxribatların olması istisna deyil.Rusiya və İranın Cənubi Qafqazda ABŞ iqtisadi maraqlarının rəsmiləşməsinə dözümlü yanaşmayacaq. Rusiya Azərbaycana və Ermənistana bu layihəyə görə müxtəlif istiqamətlərdə təzyiqlər edə bilər. İrana gəldikdə isə, ABŞ hücumları fonunda İranın bir dövlət kimi hərbi-iqtisadi cəhətdən çökməsi yaxın perspektivdə gözlənilir. Rusiyaya gəldikdə isə, Ukrayna kifayət qədər Rusiyaya zərbələr vurmaqla bu böhranda ilişib qalıb. Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Iyul 2026 11:28
İlham Əliyev yeni səfirlərin qəbul etdi - YENİLƏNİB
17 Iyul 2026 11:04
Pelleqrini Prezidentin bu təklifi ilə - RAZILAŞDI
17 Iyul 2026 11:01
Hikmət Hacıyev Litva səfiri ilə görüşdü
16 Iyul 2026 20:24
İlham Əliyev Donald Trampa təşəkkür etdi
16 Iyul 2026 17:33
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
16 Iyul 2026 14:57
“Rusiya və İranın qonşu ölkələrə münasibətdə siyasətləri dəyişməyincə...”
16 Iyul 2026 14:00
Şuşadan dünyaya mesaj
16 Iyul 2026 13:23


Bakı -°C

