“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
“Azərbaycan terrorçuluq və insanlıq əleyhinə cinayətlərə görə cəza siyasətini sərtləşdirərək ölüm cəzasına qayıtmalıdırmı? Ruben Vardanyanın vəkilinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciəti bir hüquqi işdən daha artıq məna kəsb edir. Bu müraciətdən sonra istər-istəməz daha geniş bir sual ortaya çıxır: terrorçuluq, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və separatçılıq kimi xüsusilə ağır əməllərə görə dövlətlərin cəza siyasəti necə olmalıdır?”.
Adalet.az xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, Beynəlxalq hüquq tarixində bununla bağlı fərqli yanaşmalar mövcuddur:
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir. İsrail Holokost və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinən Adolf Eyxmanı xüsusi qanun əsasında mühakimə etmiş və barəsində çıxarılmış ölüm hökmünü icra etmişdi. Bu iş bu gün də beynəlxalq cinayət hüququ və dövlətlərin cəza siyasəti ilə bağlı müzakirələrdə ən çox istinad olunan presedentlərdən biri hesab edilir. Eyni zamanda, Azərbaycan cəmiyyətində də Xocalı soyqırımına, Ermənistanın hərbi təcavüzü nəticəsində törədilmiş müharibə cinayətlərinə, 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinin raket və artilleriya atəşinə tutulmasına, dinc əhalinin və mülki obyektlərin qəsdən hədəfə alınmasına görə məsuliyyət daşıyan şəxslər barədə cəza siyasətinin daha sərt olması, o cümlədən ölüm cəzasının bərpasının hüquqi müstəvidə müzakirəyə çıxarılması ilə bağlı fikirlər də səsləndirilir. Bu baxımdan belə bir sual aktuallaşır: Azərbaycan terrorçuluq, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və separatçılıq kimi xüsusilə ağır əməllərə görə cəza siyasətini yenidən nəzərdən keçirməli, daha sərt hüquqi mexanizmləri, o cümlədən ölüm cəzasının bərpası məsələsini hüquqi müzakirəyə çıxarmalıdırmı? Bu suala emosiyalarla deyil, hüquq, milli təhlükəsizlik və dövlətin cinayət siyasəti prizmasından cavab axtarmaq lazımdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Oktyabr 2026 12:10
Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib
30 Oktyabr 2026 11:20
Kobaxidze: Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini alqışlayır
30 Oktyabr 2026 11:19
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
30 Oktyabr 2026 11:00
Milli Məclisin iclası başladı
30 Oktyabr 2026 10:48
"Nazirin yanına gedəsən, oradan əliboş qayıdasan, bu, biabırçılıqdır" - Deputat
30 Oktyabr 2026 10:27
Əli Əsədov gürcüstanlı həmkarı ilə görüşdü
30 Oktyabr 2026 10:18
“Milli maraqlara əsaslanan siyasət ən mürəkkəb vəzifələrin həllini mümkün edir”
30 Oktyabr 2026 09:48


Bakı -°C

