Sosiska və kolbasalara yaxın durmayın...
Bu gün çox adam sosiska və kolbasalardan uzaq durur. Ən azından ona görə ki, onların keyfiyyəti bir o qədər də yaxşı deyil.Çünki kolbasa alırsan içindən dəmir qırıntısı, eləcə də digər əşyalar çıxır. Yediyin kolbasadan başqa nə dadı desən verir.Bununla yanaşı, heç bilmirsən ki, həmin məhsullar nə ətindən hazırlanır. Belə sosiska və kolbasaların çoxu mənşəyi bilinməyən ətdən hazırlanır.
Mənşəyi bilinməyən ətlər isə ölmüş iribuynuzlu, xırdabuynuzlu heyvanların, eləcə də at və eşşək ətidir. Hüquq -mühafizə orqanları dəfələrlə bazarlarda , müxtəlif avtomobillərin yük yerində at və eşşək əti aşkarlayıb. Hətta bir dəfə bir dələduz iş adamının həyətində soyuducuda və sexdə tonlara mənşəyi bilinməyən ət müəyyən edilib. Onlar ən yaxşı halda cərimə edilir və bir müddət keçəndən sonra yenə bu işlə məşğul olurlar. Belə ki, həmin dələduzlar rayonları kəndbəkənd gəzib ölmüş heyvan leşlərini maşına yığaraq onu ya yeməkxanalara, ya da sexlərə təhvil verirlər. Bir tanışım deyir ki, heyvanım ölmüşdü, onu gəlib məndən yüz manata aldılar. Dedim ki, bu heyvan leşin neynirsiniz?
Dedilər ki , kolbasa sexinə verəcəyik. Mal ətinin bir kiloqramı 17-18 manatdır. Amma kolbasanın bir kilosu 6 manat! İndi nəticə çıxarın! Deməli, əksər supermarketlərdə satılan kolbasa və sosiskalar mənşəyi bilinməyən ətdən hazırlanır! Biz də bunu bilə - bilə yenə kolbasa, sosiska alırıq! Ona görə də bütün günahları özümüz də axtarmalıyıq!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
25 Sentyabr 2026 18:00
Bir çox xəstəliyinizin dərmanıdır
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37
Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36


Bakı -°C

