Rafiq Bayramov azadlığa buraxıldı - YENİLƏNİB

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisində icra edilib.
Adalet.az xəbər verir ki, sərəncam müəssisədə saxlanılan 34 məhkuma şamil edilib. Onlardan 16 məhkum azadlığa buraxılıb, 18 nəfərin isə cəzası azaldılıb.
Azadlığa buraxılanlar içərisində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov da var.
09:58
Sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov əfv edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini əfv olunub.
Qeyd edək ki, R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.
Digər Xəbərlər

"23 nəfəri diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı" - VİDEO

"Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Zərərçəkmiş

Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş etdirilib

"Azəriqaz" 83 min manatlıq məhkəməni uduzdu - İstixanaya əlavə borc yazırmış

“Meydan TV” işi üzrə daha bir nəfər saxlanıldı

"Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi" - Məhkəmə

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdilər - YENİLƏNİB + FOTOLAR
