21 Noyabr 2023 11:47
3288
ŞOU-BİZNES

Rahidə Baxışova: “O məni “qara siyahı”ya salıb”

Müğənni Rahidə Baxışova maraqlı açıqlaması ilə gündəm olub.

Adalet.az xəbər verir ki, o, həmkarı Rəvan Qarayevn onu “qara siyahı”ya atmağından danışıb:

“Gördüm o məni “blok” edub, mən də etdim. Sonra gördüm ki, məni “blok”dan çıxarıb, amma mən çıxarmadım. 
 Rəvanla sənət yoldaşıyıq. Yol yoldaşlığımız da olub. Birlikdə tədbirlərdə iştirak etmişik. Çox yaxşı münasibətimiz olub. Çətin günlərində məni axtaranda yanında olmuşam.”

R.Baxışovanın bu sözlərinə Rəvan Qarayevin atası Elşad Qarayev təəccüblə reaksiya verib:

“Sizin belə yaxın münasibətinizdən xəbərim yoxdur. Yəni bu haqda Rəvan mənə heç nə deməyib.”

Əntiqə