Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq - Mədət Quliyevdən açıqlama

Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq.
Adalet.az xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev bildirib.
“Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hazırda dünya miqyasında cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O, bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq”, - deyə M.Quliyev əlavə edib.
Digər Xəbərlər

Taksi qiymətləri artacaq? - Rəsmi cavab - VİDEO

Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində

Prezidentdən Ramiz Mehdiyevlə bağlı FƏRMAN

Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı!

Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin ofisinin açılışında

Birinci xanım Müqəddəs Pyotr Bazilikasındakı bərpa işləri ilə tanış oldu - FOTOLAR

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım
