"Real nəticələr verən çoxtərəfli sistemə sadiq qalırıq" - Bayramov
Biz real nəticələr verən, regional sabitliyi təmin edən və dayanıqlı inkişafı təşviq edən çoxtərəfli sistemə sadiq qalırıq.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkə hesabında yazıb.
"Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyasına müraciət etməkdən məmnun oldum. Assambleyanı de-fakto sülh vəziyyəti və Vaşinqton Sülh Sammitindən sonra davam edən post-münaqişə bərpa prosesi barədə məlumatlandırdım.
Azərbaycanın regionlararası bağlantıların inkişaf etdirilməsi, yaşıl enerji keçidi, iqtisadi transformasiya və iqlim fəaliyyəti sahələrində liderliyini, həmçinin qlobal inkişafa və çoxtərəfli islahatlara fəal töhfəsini vurğuladım", - deyə o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan nümayəndəsinin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası zamanı İsrailin Baş Naziri Benyamin Netanyahunun çıxışı zamanı zalı tərk etməməsi Türkidə bəzi dairələr tərəfindən qınanmışdı.
Digər Xəbərlər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22
“Bu əməliyyatlar baş tutsa da İranda rejimi dəyişəcək bir proses olmayacaq...”
24 Oktyabr 2026 10:18
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
24 Oktyabr 2026 09:01
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
24 Oktyabr 2026 08:40
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Oktyabr 2026 23:38
“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı
23 Oktyabr 2026 20:11
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib - VİDEO
23 Oktyabr 2026 18:59


Bakı -°C

