adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 17:02
1050
ŞOU-BİZNES

Rəfiqələr arasında soyuqluq bitmir

Vəfa Şərifova ilə Nəfəs arasında münasibətlər hələ də soyuqdur.

Adalet.az bildirir ki, Nəfəs efirdə olarkən Vəfa Şərifovaya zəng edib. Lakin V. Şərifova telefona cavab verməyib. Aparıcı Zaur Nəbioğlu isə hər iki müğənninin instagram səhifəsində onların bir-birlərini izləmədiklərini qeyd edib.

Nəfəs isə söyləyib ki, onlar heç vaxt instagram hesabında bir- birlərini izləməyiblər.  Nəfəs Vəfa ilə münasibətlərinin soyuq olduğunu təkzib etsədə, Vəfa bunu bütün hərəkətləri ilə hər kəsə bildirib.

Qeyd edək ki, bir müddət öncə Nəfəs həmkarı Zeynəb Həsəni ilə barışıb. Vəfa Şərifova da Zeynəblə küsülü olduğu üçün Nəfəsin Zeynəblə barışmağını müsbət qəbul etməyib.

Əntiqə