Regionda kommunikasiyaların açılması Ermənistanın mövqeyi ucbatından dalana dirənib - Zaxarova
“Bilirik ki, Ermənistan hakimiyyəti bərabərlik, qarşılıqlılıq çərçivəsində, suverenlik və yurisdiksiya prinsipi əsasında regional kommunikasiyaların açılmasına hazır olduqlarını bəyan edib”.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan da bu yanaşmadan imtina etməyib. Həmin mövzu bir müddət öncə Rusiya, Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupunda ətraflı müzakirə olunub.
“Təəssüf ki, hazırda bu məsələ erməni həmkarlarımızın mövqeyi ucbatından dalana dirənib”, - Zaxarova əlavə edib.
XİN rəsmisi Rusiya Federal Təhlükəsizlik Xidməti sərhədçilərinin Meğri marşrutu üzərində nəzarətinə dair bəyanatı da şərh edib:
“Həm nəqliyyatın optimal təşkili baxımından, həm də iqtisadi baxımdan bu, çox məntiqlidir. Rusiya sərhədçiləri onsuz da Ermənistanın Syünik rayonunun cənubunda mövcuddur, onlar Ermənistanla İran arasındakı sərhədi qoruyurlar. “Sülh kəsişməsi” layihəsinə gəldikdə, bunun Meğri və ya digər bir marşruta alternativ olduğuna inanmırıq. Əksinə, bu, regional və subregional kommunikasiyaların gələcəyinə daha geniş baxışdır.
Ötən il 15 dekabrda İrəvanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Ermənistan hökumətlərarası komissiyasının 22-ci iclası çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk layihənin həyata keçirilməsinə Rusiyanın dəstəyini və töhfəsini qeyd edib”.
Zaxarova qeyd edib ki, qeyri-regional aktorlara gəlincə, Cənubi Qafqazda kommunikasiyaların açılmasına töhfə vermək istəməməsi yalnız siyasi rejimin mülahizələri ilə izah olunur: "Onlar Ermənistan və Azərbaycanın bir-biri ilə və qonşuları ilə qarşılıqlı əlaqəsini artırmaqda maraqlı deyillər. Onlar bölgəni parçalamağa, orada özlərini və öz maraqlarını təqdim etməyə çalışırlar. Başqalarının maraqlarını düşünmürlər. Və beləliklə də, ölkələr arasında ziddiyyətlər daha da gücləndirilir".
Digər Xəbərlər
03 Oktyabr 2026 23:24
Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu
03 Oktyabr 2026 17:30
Tramp: İranın işləri yaxşı getmir
03 Oktyabr 2026 17:15
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
03 Oktyabr 2026 15:10
Britaniyada təhlükəli virus yayılıb
03 Oktyabr 2026 14:33
Pakistan Səudiyyə Ərəbistanına 40 minə yaxın hərbçi göndərdi
03 Oktyabr 2026 13:27
Anatoli Kaşpirovski vəfat etdi
03 Oktyabr 2026 11:30
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
03 Oktyabr 2026 11:29


Bakı -°C

