Rəisinin helikopter qəzası ilə bağlı Rusiyadan AÇIQLAMA
Moskva İran Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışında və insidentin səbəblərinin araşdırılmasında lazımi yardımı göstərməyə hazırdır.
Adalet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova göyərtəsində İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan olan helikopterin qəzaya uğramasını şərh edərkən deyib.
“Biz üçüncü helikopterin sərnişinlərinin taleyi ilə bağlı yayılan məlumatları diqqətlə izləyirik, onların arasında İranın yüksək rütbəli nümayəndələri, o cümlədən prezident Rəisi də var. Ümid edirik ki, onlar sağdır, həyat və sağlamlıqlarına heç bir təhlükə yoxdur”, - deyə Zaxarova bildirib.
Digər Xəbərlər
21 Sentyabr 2026 09:15
Türkiyədə güclü zəlzələ oldu
21 Sentyabr 2026 08:55
Suriyada silah-sursat anbarında partlayışlar baş verib
21 Sentyabr 2026 08:26
İran üçün azadetmə əməliyyatı başlayır - Pəhləvi
21 Sentyabr 2026 07:51


Bakı -°C

