Reklamda uşağın görüntüsündən bu halda istifadə edilə biləcək
Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz edən şəxslərin razılığı ilə istifadə oluna bilər.
Adalet.az xəbər verir ki, bununla bağlı yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək "Reklam haqqında" qanuna yeni maddə əlavə edilir.
Dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.
Qeyd edək ki, yeni hazırlanmış "Uşaq hüquqları haqqında" qanun layihəsinə əsasən, dövlət uşaqları mənəvi və fiziki baxımdan zərərli olan reklamlardan müdafiə edir.
Uşaqların zərərli reklamdan müdafiəsinin əsas prinsipləri və reklama dair tələblər "Reklam haqqında" qanunla müəyyən ediləcək.
Milli Məclisin bu gün keçirilən iclasında müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27


Bakı -°C

