Rəsmi Bakıdan Fransaya ÇAĞIRIŞ: Əsassız iddialara son qoyun
"Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun”da çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf almasını qətiyyətlə pisləyirik".
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədbirində Azərbaycan əleyhinə səsləndirdiyi iddiaya münasibət bildirərkən deyib.
O bildirib ki, fransalı nazirin Azərbaycana qarşı ittihamları Fransa tərəfinin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir.
"Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərindəki yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır. Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir.
Demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmilərinin, ilk növbədə, bu prinsiplərin Fransanın siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı.
Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq", - XİN rəsmisi vurğulayıb.
Digər Xəbərlər
14 Oktyabr 2026 17:30
Tokayev də Bakıya gəldi - FOTOLAR
14 Oktyabr 2026 17:14
Lavrov Bakıda - YENİLƏNİB
14 Oktyabr 2026 16:18
İsrail Prezidenti Azərbaycana gəldi
14 Oktyabr 2026 14:34
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir - ŞƏRH
14 Oktyabr 2026 14:16
Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
14 Oktyabr 2026 14:13
Hakan Fidan Azərbaycana gəlir
14 Oktyabr 2026 13:46
Vyetnamın Vitse-prezidenti Azərbaycana gəlib
14 Oktyabr 2026 11:53


Bakı -°C

