Rəsmi olaraq koronavirusun qeydə alınmadığı Türkmənistan vaksinasiyaya başlayır
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkənin Səhiyyə Nazirliyinin rəhbərinə verdiyi göstərişlər arasında əhalinin vaksinlə təmin edilməsi məsələsi də var.
“Neytralnıy Turkmenistan” bu barədə xəbər yayır.
“Xarici ölkələrdə təhsil almağa gedən vətəndaşların və türkmənistanlı tələbələrin peyvənd olunmasına, həmin dövlətlərdə istifadə olunan vaksinə uyğun olaraq, Türkmənistana gələn xarici vətəndaşlardan peyvənd sertifikatlarının alınmasına və ölkəmizə daxil olan vətəndaşlara peyvənd edilməsinə diqqət yetirilməlidir”, - deyə təlimatda qeyd olunur.
Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri Nurməhəmməd Amannepesov ölkədə yoluxucu xəstəliklərin qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsindən danışaraq Türkmənistanda qeydiyyatdan keçmiş Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin əhəmiyyətini vurğulayıb.
Rəsmi hesabatlarına görə, Türkmənistanda heç bir COVID-19 hadisəsi qeydə alınmayıb. Eyni zamanda, ölkədə maska taxmaq tələbi, nəqliyyat, ticarət, iaşə, xidmət sahələri və sairənin fəaliyyətində bir sıra məhdudiyyətlər tətbiq edilib.
Digər Xəbərlər
05 Aprel 2026 15:38
İsveçdə Epşteyn işinin araşdırılmasından imtina edildi
05 Aprel 2026 10:00
Pezeşkian Qızıl Aypara Cəmiyyətinə təşəkkür edib
05 Aprel 2026 09:23
İran səmasında daha bir pilotsuz təyyarə vurulub - SEPAH
04 Aprel 2026 19:50
ABŞ Qasım Süleymaninin qardaşı qızı və nəvəsini həbs edib
04 Aprel 2026 19:35
Türkiyə Ukraynada sülh üçün səylərini davam etdirir - Ərdoğan
04 Aprel 2026 19:30
"İranın 48 saat vaxtı qalıb" - Tramp
04 Aprel 2026 18:07
Cəhənnəmdən keçdik, amma Ermənistanı geosiyasi tələdən çıxardıq - Paşinyan
04 Aprel 2026 18:06


Bakı -°C

