Roma Papası XIV Leo papalıq hakimiyyətinin rəmzlərini qəbul edib – YENİLƏNİB + VİDEO

Roma Papası XIV Leo papalıq hakimiyyətinin simvollarını – “balıqçı üzüyü” və pallium (xaçlarla işlənmiş yun lenti) alıb.
Adalet.az xəbər verir ki, bu qədim ritual 267-ci Roma Papasının pontifikatının rəsmi başlanğıcını qeyd edir.
Meydanda çoxsaylı dindarlar, həmçinin 150-dən çox xarici dövlət nümayəndə heyəti, kral ailələrinin və dini konfessiyaların nümayəndələri iştirak edirlər.
12:58
Vatikanda Roma Papası XIV Levin taxta çıxma mərasimi keçirilir.
Adalet.az xəbər verir ki, birbaşa yayımı Müqəddəs Taxt-Tacın mətbuat xidməti rəsmi yutub kanalında aparır.
Mərasimdən əvvəl pontifik papamobillə dünyanın hər yerindən minlərlə xristianın toplandığı Müqəddəs Petrus meydanına gəlib. Daha sonra XIV Leo messa keçirməli və papa hakimiyyətinin fərqləndirici nişanlarını – balıqçı üzüyünü və pallium (üzərində altı qara xaç tikilmiş ağ lent şəklində stela – red.) almalıdır.
Tədbirə gələn xarici liderlər arasında İspaniya Kralı VI Filip, Belçika Kralı Filip, İtaliya Baş naziri Corca Meloni, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen görünür. Bundan başqa, Vatikanda ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio iştirak edirlər.
Mərasimdə Azərbaycanı Milli Məclisin (parlament) sədri Sahibə Qafarova təmsil edir.
Digər Xəbərlər

Simonyan Rusiya telekanallarının yayımının dayandırılmasını istəyir

Rusiya Ukraynanın itkilərini yenilədi

"USAID Xarici Yardım Proqramlarını rəsmən dayandırır" - Rubio

Qəzzada atəşkəs gələn həftə əldə olunacaq - Tramp

Rusiyalı kapitan: AZAL-ın təyyarəsini vurmağı Müdafiə Nazirliyi əmr etdi

Rusiya Azərbaycana nota verib

"Bütün suallara cavablar veriləcək" - Kremldən Bakıya reaksiya
