Ronaldodan ÇL-də yeni rekord
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.
Adalet.az xəbər verir ki, 36 yaşlı hücumçu buna ötən gecə turnirin qrup mərhələsinin 3-cü turunda "Atalanta" ilə görüşdə (3:2) nail olub. O, rəqib qapısına yol tapmaqla Çempionlar Liqasında 38 müxtəlif komandaya qol vurmağı bacarıb. Bununla da portuqaliyalı oyunçu bu göstəricidə yeni rekord müəyyənləşdirib.
Qeyd edək ki, 3-cü turda PSJ-nin futbolçusu Lionel Messi "Leyptsiq"lə matçda fərqlənərək ÇL-də qol vurduğu komandaların sayını 37-yə çatdırmışdı.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37