Rövşən Rzayev vətəndaşların problemini dinlədi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Adalet.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Digər Xəbərlər
07 Sentyabr 2026 18:16
Nazirlik güclü küləklə bağlı əhaliyə təkrar müraciət etdi - YENİLƏNİB
07 Sentyabr 2026 15:33
Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib
07 Sentyabr 2026 14:12
Prezidentin vəzifə verdiyi Osman Xaliyev kimdir? - DOSYE
07 Sentyabr 2026 14:01


Bakı -°C

