adalet.az header logo
  • Bakı -°C
02 Noyabr 2025 18:00
87
ŞOU-BİZNES
A- A+

Röya konsertində futbola baxan tamaşaçını təpiklədi - VİDEO

Xalq artisti Röya Ayxan sənət fəaliyyətinin 25 illiyini konsertlə qeyd edib.

Adalet.az xəbər verir ki, ifaçı konsertində qarşılaşdığı mənzərəyə görə özündən çıxıb.

Belə ki, konsertə gələn tamaşaçılardan biri telefonu ilə futbol matçını izləyib.

Bunu görən sənətçi qonağın əlindən mobil cihazı alaraq ona narazılığını bildirib. Telefondakı görüntüləri digər tamaşaçılara göstərən Xalq artisti həmin şəxsə "məni qoyub futbolu izləyirsən?" deyə sitəm edib və onu təpikləməyə başlayıb.