"Rus ev"i olayı rus şovinizmininin maskasını cırdı: Kremlin dilincə danışanlar
Hazırda Rusiyada nə qədər ermənipərəst və yaxud şovunist rus var, Bakıda Rus Evinin bağlanmasına görə Azərbaycana az qala müharibə tələbi ilə çıxış edirlər.
Sizcə, belə bir “parad”dan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin qalarmı? Qalmaz! O da bir antitürk olaraq Azərbaycan hakimiyyətinin “Rossotrudniçestvo”nun ölkədəki nümayəndəliyinin bağlanması tələbinə münasibət bildirib.
Adalet.az xəbər verir ki, Zatulinin iddiasına görə Azərbaycan Türkiyənin Qafqazdakı maraqlarını irəli sürür:” “Azərbaycan hakimiyyətinin real siyasəti tamam başqadır. Onlar Türkiyənin müttəfiqləridir və öz xalqları ilə birlikdə Xəzər dənizi, Orta Asiya və Qafqazda Türkiyənin maraqlarını müdafiə edirlər.Dağlıq Qarabağdan sonra Bakının artıq Rusiyaya ehtiyacı yoxdur.
“Rossotrudniçestva”nın -Rusiya Federasiyasının humanitar əlaqələr üzrə dövlət agentliyinin rəhbəri Yevgeni Primakov “Rossiya 24” telekanalına açıqlamasında Azərbaycan hakimiyyəti “Rossotrudniçestvo”nun ölkədəki nümayəndəliyinin hüquqi qeydiyyatının olmaması səbəbindən bağlanmasına etiraz edib:
"Bu illər ərzində Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyimiz, nümayəndəliyimiz və Xarici İşlər Nazirliyi qeydiyyat prosesinə köməklik göstərilməsi xahişi ilə dəfələrlə Azərbaycanın Ədliyyə Nazirliyinə və Xarici İşlər Nazirliyinə müraciət edib. Biz buna hər zaman hazır olmuşuq, lakin müraciətlərimiz cavabsız qalıb. Tez bir zamanda mən onları ( BakuTV nəzərdə tutulur-red –Ə.R)məhkəməyə verəcəyəm”
Məsələyə rusiyalı politoloq, siyasi elmlər doktoru Mixail Aleksandrov da etinasız qalmayıb.
Hələ tərəfdaş və dost ikən Azərbaycanı bombalağa çağırış edən bu ermənipərəst, şovinist rusun Paşinyanı Əliyevin Rusiyaya davranışından (Söhbət təyyarə qəzasına görə, Azərbaycan Prezidentinin israrla Kremlin üzürxahlıq etməsinə işarə vurur. red - Ə.R) istifadə edərək, Rusiya ilə yaxınlaşmaq və üstünlüklər, o cümlədən hərbi-siyasi sahədə üstünlüklər əldə etməməsini qınayıb. Yəqin ki, o Ermənistana yenidən Azərbaycana hücum etməyi, Qarabağı geri almağı işarə edib.
Rusiyanın Yakutiya vilayətindən seçilmiş deputatı Sergey Mantsayevin Azərbaycana qarşı bilinməyən kin-küdurəti daha coşğun olub. Deputat Azərbaycanı bağlanan “rus evi”nə görə cəzalandırmağı hiddətlə tələb edir: Rusiyada olan bütün Azərbaycan vətəndaşlarının qovulması, Rusiya vətəndaşı olan azərbaycanlıların isə həbs edilib, "Novaya Zemlya"ya göndərilməsi təşkil edilməlidir. Birincisi, Rusiya vətəndaşı olmayan bütün azərbaycanlıları ölkədən çıxarmaq lazımdır. İkincisi, bütün diaspor üzvləri həbs olunmalı və "Novaya Zemlya"ya göndərilməlidir. Üçüncüsü isə biz Azərbaycan hakimiyyəti ilə daha möhkəm işləməliyik”.

Ritorikasında hədələyici ton olan deputat bununla ölkə prezidentinin “ağzı” olaraq danışdığı şübhə doğurmur.
Nəzərə alsaq ki, Yakutlar əslən türk xalqıdır və bu deputat da əsilli-nəsilli bir türkdür, o zaman anlamaq olar ki, rus şovinizmi bulaşıcı - yoluxucu xəstəlikdir.
P.S. Maraqlı olan odur ki, nə Rusiyanın şəhərlərini PUA-larla cəhənnəmə çevirən, 3 ildir Rusiya ordusunun burnunu ovan, əsgərini, texnikasını, ərazisini yerlə yeksan edən Ukrayna Prezidenti V. Zelenskiyə, nə də KTMT-dən çıxan, silah-sursatı Rusiyadan yox Avropadan alan, ölkəsinin sərhədlərindən Rusiya ordusunu çıxaran Paşinyana Rusiya Dövlət Dumasında bu qədər nifrət çıxışı edən, onu hədələyən olmayıb. Sizinlə olan dostluğun, tərəfdaşlığın... Olmaz olaydı...
Əntiqə Rəşid
Digər Xəbərlər
03 Dekabr 2025 19:06
İraqın rabitə naziri ikitərəfli sazişləri müzakirə etmək üçün Azərbaycana gəlib
03 Dekabr 2025 17:39
Prezident bu qanunu təsdiqlədi
02 Dekabr 2025 17:45
XİN-in kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib
02 Dekabr 2025 17:08
XİN-də "Diplomatiya Könüllüləri" qrupu ilə ilkin tanışlıq görüşü keçirilib
02 Dekabr 2025 16:10
"İslam Həmrəyliyi Oyunları İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığa dəstək verir”
02 Dekabr 2025 16:00
2026-cı ilin dövlət büdcəsi ikinci oxunuşda təsdiqləndi
02 Dekabr 2025 12:44
Tənzilə Rüstəmxanlı: “Bəzi məktəblərdə pəncərələr naylon örtüklə əvəz edilib”
02 Dekabr 2025 12:32


Bakı -°C



jpg-1738915321.jpg)
