Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədrləri görüşdü
Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Bakıda səfərdə olan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Rusiya və Azərbaycan arasında iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və gündəlikdə olan digər aktual məsələlər müzakirə edilib.
Tərəflər ticarət dövriyyəsinin davamlı artımını məmnunluqla qeyd ediblər. Orta və uzunmüddətli perspektivə hesablanmış birgə investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri, xüsusən də onun buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi ayrıca nəzərdən keçirilib.
Görüşdə tərəflər cari ilin aprel ayında Azərbaycan Respublikasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər.


Bakı -°C

