adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Mart 2024 13:22
441
DÜNYA

"Rusiya "Crocus" terrorunu əvvəlcədən bilirdi" - Ukrayna kəşfiyyatı

Rusiya xüsusi xidmət orqanları "Crocus City Hall" konsert zalında gözlənilən terror aktı barədə əvvəlcədən məlumatlı olub.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildiri.

"Ən azı 2024-cü il fevralın 15-də Rusiyanın hazırlıqdan xəbəri var idi. Daha çox deyim. Bu məlumat qruplaşmanın Suriyadakı kəşfiyyat idarəsindən ötürülüb. Oradan Moskvaya çatdı. İndi nağıl danışmasınlar ki, hər şey birdən-birə qəribə bir şəkildə reallaşıb", - Budanov qeyd edib. 

Onun sözlərinə görə, Kreml yaraqlıların Rusiyaya hara və hansı iki ölkə vasitəsilə gələcəyini bilirdi: "Niyə buna icazə verdilər? Bir neçə variant var: Birincisi, onların adəti üzrə, indi bir neçə məmuru vəzifədən uzaqlaşdırmaq üçün. Başqa bir ehtimal odur ki, onlar həqiqətən baş verəcəkləri qiymətləndirməyiblər. Onlar hər şeydə Ukraynanı günahlandırmaq istəyirdilər”, - Budanov bildirib".

Ukrayna hərbi kəşfiyyatının rəhbəri qeyd edib ki, Rusiya hakimiyyəti “Crocus”da baş verənlərlə bağlı öz versiyalarını artıq üç dəfə dəyişib: "Məni şəxsən ittiham edən Patruşev və Bortnikov izahat verdilər və dedilər ki, bütün bunların müəllifi Ukraynadır. Yeri gəlmişkən, biz bu ağrılı məsələyə toxunduğumuza görə, onlar bizim düşmənimiz olsalar da, dinc əhaliyə qarşı terror aksiyalarını kökündən bəyənmirəm".