Rusiya-Gürcüstan danışıqları başladı
Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması ilə bağlı Rusiya-Gürcüstan danışıqlarının yeni mərhələsi 10 aylıq fasilədən sonra Cenevrədə baş tutub.
Adalet.az bildirir ki, bu barədə Gürcüstan XİN rəhbərinin müavini Laşa Darsaliya məlumat yayıb.
Danışıqlarda Gürcüstan nümayəndə heyətinə başçılıq edən Laşa Darsaliya bildirib ki, Cenevrədə danışıqların aparılması ilk növbədə ona görə vacib nailiyyətdir ki, Gürcüstan-Rusiya münaqişəsi beynəlxalq ictimaiyyətin gündəliyində əsas məsələlərdən biridir:
"Gürcüstanın Avropa Birliyi, BMT, ATƏT və ABŞ-dan olan tərəfdaşlarının səyləri bu gün keçirilən danışıqların baş tutmasında vacibdir".
Qeyd edək ki, Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması üçün beynəlxalq səviyyəli müzakirələr 2008-ci ildən etibarən Cenevrədə həyata keçirilir və BMT, AB və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə Abxaziya, Rusiya, Gürcüstan, Cənubi Osetiya və ABŞ danışıqlarda iştirak edir.(axar.az)
Digər Xəbərlər
27 Sentyabr 2026 19:34
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
27 Sentyabr 2026 17:50
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
27 Sentyabr 2026 17:42
Afrika parçalanır, yeni okean yaranır
27 Sentyabr 2026 17:21
Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb
27 Sentyabr 2026 17:15
İsrail ordusu HƏMAS komandirini öldürdü
27 Sentyabr 2026 17:02
Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
27 Sentyabr 2026 16:29
Azərbaycanla qardaşlığımız daim var olsun - Duran
27 Sentyabr 2026 16:26


Bakı -°C

