Rusiya İstanbul görüşünə ciddi yanaşmır - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmadığını bildirib.
Adalet.az-ın məlumatına görə, Zelenski bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə Ankarada keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində hər hansı qərar qəbul etmək səlahiyyəti olan rəsmi şəxslər yoxdur.
Ukrayna lideri qeyd edib ki, məhz Rusiya birbaşa danışıqların təşəbbüskarı olub və bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp tərəfindən də dəstəklənib.
"Rusiya tərəfinin iştirak səviyyəsinin aşağı olmasına baxmayaraq, Ukrayna prezidentlər Tramp və Ərdoğana hörmət əlaməti olaraq sülhə sadiq qalmağa davam edəcək", - o bildirib.
Zelenski həmçinin söyləyib ki, görüş Ukrayna, Rusiya, Türkiyə və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli formatda keçirilməlidir.
Digər Xəbərlər
05 Oktyabr 2026 23:00
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
05 Oktyabr 2026 22:32
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
05 Oktyabr 2026 20:35
Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi
05 Oktyabr 2026 20:24
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
05 Oktyabr 2026 20:12
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
05 Oktyabr 2026 19:49
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
05 Oktyabr 2026 19:33
İranın daxili işlər naziri Qətərə səfər edib
05 Oktyabr 2026 17:26


Bakı -°C

