"Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsi başlayıb" - Osman Gündüz
"Azərbaycan Rusiyanın informasiya kəşfiyyatına qarşı açıq mövqe sərgiləyir. "Sputnik Azərbaycan"da çalışan iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əlaqəli olduğu iddiası və onların saxlanılması, Bakının artıq ölkə daxilində Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsinə keçdiyini göstərir. Çox ciddi hadisədir".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
O bildirib ki, bu hadisəni, xarici ölkənin media əməkdaşlarının saxlanılması kimi dəyərləndirmək doğru olmazdı.
"Bu, həm də hibrid savaş aləti kimi istifadə edilən informasiya kanallarına qarşı yönəlmiş strateji bir cavab addımı kimi görünür.
Ehtimal olunur ki, həmin şəxslər Azərbaycanda ictimai rəyə təsir göstərmək, siyasi proseslərə yön vermək və ya daxili sabitliyi pozmaq məqsədilə informasiya əməliyyatları həyata keçirmək üzrə təlimatlandırılıblar.
Bu həm də beynəlxalq ictimaiyyətə yönəlik bir mesajdır ki, xarici ölkənin kəşfiyyatına qarşı addımlar atılıb", - deyə O.Gündüz qeyd edib.
Onun sözlərinə görə, hadisə, həmçinin, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginliyin hədsiz yüksək olmasını göstərir:
"Xüsusilə də, regional geosiyasi dəyişikliklər fonunda Bakı öz informasiya təhlükəsizliyi və suverenliyini daha sərt şəkildə qorumağa başlayıb.
Görünən odur ki, təyyarəmizin Rusiya tərəfindən vurulmasından, həmçinin soydaşlarımıza qarşı aparılan qətllərdən və zorakalıqlardan sonra Rusiya Azərbaycan münasibətləri yeni mərhələyə daxil olub.
Düşünürəm ki, Azərbaycanın öz milli informasiya məkanını qoruması və xarici kəşfiyyata qarşı mübarizə istiqamətindəki addımları təqdirəlayiqdir".
Digər Xəbərlər
18 Yanvar 2026 13:51
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
18 Yanvar 2026 11:28
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15
“İranda yüksək vəzifəli şəxslər ziyarətgahların altında yeraltı sığınacaqlar hazırladıblar”
16 Yanvar 2026 12:18
"Bunu görməyən kordumu?" - Hicran Hüseynova
16 Yanvar 2026 11:51


Bakı -°C

