Rusiya lideri: “Heydər Əliyev ölkələrimizin tarixində birləşdirici simadır”
“Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır”.
Adalet.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
“O da yaxşı məlumdur ki, biz Rusiyada bu yubileyi layiqincə qeyd etdik. Dövlət Dumasında və Federasiya Şurasında sərgilər keçirildi, televiziyada sənədli filmlərin nümayişi oldu. Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu”, - deyə Rusiya Prezidenti bildirib.
Digər Xəbərlər
21 Sentyabr 2026 09:58
Pakistan qırıcıları Əfqanıstana zərbə endirdi
21 Sentyabr 2026 09:15
Türkiyədə güclü zəlzələ oldu
21 Sentyabr 2026 08:55
Suriyada silah-sursat anbarında partlayışlar baş verib
21 Sentyabr 2026 08:26
İran üçün azadetmə əməliyyatı başlayır - Pəhləvi
21 Sentyabr 2026 07:51
Bessent: ABŞ və Çin süni intellekt məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəlib
21 Sentyabr 2026 07:20
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
21 Sentyabr 2026 07:16
İtaliyada niqab qadağan edilir
21 Sentyabr 2026 07:15


Bakı -°C

