"Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır" - Zaxarova
Rusiya Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıyır.
Adalet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Rusiya bu bölgəni rəsmən Azərbaycan ərazisi kimi tanıyır. Medinski tarixi aspektindən, sosial-mədəni xüsusiyyətlərindən və xalqın dərdindən danışıb", - o qeyd edib.
Qeyd edək ki, Vladimir Medinski “Russia Today” kanalına müsahibəsində Qarabağı mübahisəli ərazi kimi təqdim edərək “Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın yeni əraziləri-red.) “nəhəng Qarabağa” çevriləcək”, - demişdi.
Digər Xəbərlər
15 Aprel 2026 19:16
Bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının DİQQƏTİNƏ!
15 Aprel 2026 19:06
Kahramanmaraşda ölənlərin sayı artdı - Dərslər dayandırıldı
15 Aprel 2026 18:55
Pakistan ordusunun baş komandanı Tehrana gəldi
15 Aprel 2026 18:42


Bakı -°C

