Rusiya təyyarəsi Bakıda məcburi eniş etdi
“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Bu barədə Adalet.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
“Boeing 737-800” təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.
Digər Xəbərlər
20 Yanvar 2025 14:05
“Metrodan istifadə edirəm” - “Bakı Metropoliteni”nin sədri
20 Yanvar 2025 13:33Nazirdən girov götürülən gəmilərimizlə bağlı AÇIQLAMA
20 Yanvar 2025 13:23DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR
20 Yanvar 2025 13:09Xankəndi, Xocalı və Əsgəranda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi- FOTO -VİDEO
20 Yanvar 2025 13:03