adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2026 18:45
49
DÜNYA
A- A+

"Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib" - Zelenski

Krım körpüsünə hücumlardan əvvəl də Rusiya ordusu Ukraynanın körpülərinə raket və pilotsuz uçuş aparatları ilə 109 hücum edib.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın müdafiə üzrə dövlət katibi Ues Stritinq ilə görüşdə bildirib.

“Əvvəla, qeyd etmək lazımdır ki, hətta bizim cavabımızdan - yəni Krım körpüsünə zərbədən əvvəl də Putin Ukrayna körpülərinə 109 raket və PUA hücumu həyata keçirib. Bir dəfə deyil, iki dəfə deyil - raket və dronlardan istifadə etməklə 109 hücum həyata keçirilib”, - deyə Zelenski bildirib.