Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq

Qazaxıstan Rusiya və Ukrayna arasında birbaşa danışıqlar üçün platforma təqdim etməyə hazırdır
Adalet.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
"Qazaxıstan Rusiya və Ukrayna arasında hərbi münaqişədə vasitəçi deyil və özünü belə görmür. Mənim fikrimcə, hər iki tərəf bütün mübahisəli məsələlərlə bağlı ikitərəfli əsasda və müxtəlif səviyyələrdə dialoq aparmaq iqtidarındadır. Həmişə açıq şəkildə demişəm ki, "Ukrayna böhranı" son dərəcə mürəkkəbdir", - K.Tokayev "Tengri" informasiya portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər Rusiya və Ukrayna liderləri Qazaxıstana getmək istəyəcəklərsə, ölkə danışıqların uğurla keçirilməsi üçün bütün zəruri xidmətləri təqdim edəcək.
"Biz Ukrayna ilə Rusiya arasında yüksək səviyyədə birbaşa danışıqların başlanmasının tərəfdarıyıq, lakin qarşılıqlı anlaşmaya nail olmaq üçün ilkin işlər görülməlidir", - K.Tokayev əlavə edib.
Digər Xəbərlər

KİV: İran İsrailin dağıtdığı obyektləri bərpa edir

Nüvə silahı ilə bağlı Pezeşkiandan açıqlama

MDB ölkələrinin havadan müdafiə sistemi eyni olacaq

Paşinyan sabah Rusiyaya gedir

Tramp: Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə son qoymalıyıq

Meloni və Şaraa ABŞ-da görüşüb

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
