Rusiyada hərbi xidmətə çağırış ilboyu aparılacaq

Rusiya Dövlət Duması hərbi xidmətə ilboyu çağırış haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Adalet.az xəbər verir ki, qanun layihəsinə bu gün Dumanın keçirilən plenar iclasında baxılıb.
Parlamentin aşağı palatası təqvim ili ərzində - yanvarın 1-dən dekabrın 31-dək hərbi xidmətə çağırış haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Qanuna əsasən, il ərzində tibbi müayinələr və çağırış kollegiyasının iclasları keçiriləcək, vətəndaşlar müəyyən edilmiş müddətlərdə xidmətə göndəriləcək.
Qeyd edək ki, indiyə qədər Rusiyada hərbi çağırış ildə iki dəfə, yaz (aprelin 1-dən iyulun 15-dək) və payız (oktyabrın 1-dən dekabrın 31-dək) çağırışı olub.
Digər Xəbərlər

Meloni və Şaraa ABŞ-da görüşüb

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

Ərdoğanın korteji Nyu-York tıxacında - VİDEO

Dmitri Peskov: "Rusiyanı daha çox ayı kimi təsəvvür etmək olar"

Erməni məmur özünə qəsd etdi

"Əgər Ukrayna əsirliyində olan azərbaycanlılar arasında miqrantlar varsa..."

"Erməni radikalların Paşinyanı hakimiyyətdən uzaqlaşdırması çətin görünür"
