01 Iyun 2025 10:57
342
DÜNYA

Rusiyada körpü partladılıb: ölən və yaralılar var

Rusiyanın Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb.

Adalet.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz "Rossiya-24" telekanalının efirində bildirib.

“388 sərnişinin olduğu Klimov-Moskva qatarının hərəkəti zamanı magistralda körpü partlayışı baş verib", - o deyib.

Qeyd edək ki, hadisə zamanı 7 nəfər ölüb, 69 nəfər yaralanıb.