adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Sentyabr 2021 14:49
9553
AVTOMABİL

RUSİYADAN ÇOX AĞILLI BİR  QƏRAR

Deməli, bizim gözəlim  Bakı şəhərində 1 milyondan artıq maşın var, yəni bir o qədər  də sürücü, iki-üç dəfə də artıq  sərnişin. Dəfələrlə görürük ki, maşınlardan çölə zibil atılır.  Beləliklə, şəhəri  zibilxanaya  çeviririk. Sonra da  bizim atdığımız zibilləri  təmizləyənlər qəzalara uğrayır, həlak olurlar. Sonra da  vurhavur  bunlar  haqqında  yazırıq.

Demirik ki, ay nemes, sən bu  zibili  niyə  küçəyə atırsan ki, bu yaşlı  insanlar da sənin  zibilini  yığanda qəzaya  uğrasın.

Görün  Moskva  neylədi? İzləmə   kameralarının  sayını artırdı. Yeni  kameralar yalnız küçəyə  zibil atan maşınları  qeydiyyata  alacaq. Və müxtəlif cərimələr   müəyyən  edilib. Ən yüksək  cərimə də küçəyə  və yaxud  yola butulka atanlar  haqqındadı: təxminən   2000 dollar.

Bəlkə biz də  bunu  həyata  keçirək?