Rusiyalı modelin qətlində ittiham olunan şəxs saxlanıldı
Rusiyalı həmkarlarının müraciəti əsasında Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları "Missis Rusiya - Kainat" müsabiqəsinin iştirakçısı olan modelin qətlində təqsirləndirilən Rusiya vətəndaşını yaxalayıblar.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.
O, özünün "Max" şəbəkəsindəki hesabında yazıb: "Modelin və "Missis Rusiya - Kainat" iştirakçısının qətlində ittiham olunan Rusiya vətəndaşı xarici dövlətin ərazisində tutulub. Bu, Rusiya DİN-in İnterpol Milli Mərkəzi Bürosunun və Moskva vilayəti üzrə Baş İdarəsinin əməkdaşlarının türkiyəli həmkarları ilə birgə fəaliyyəti nəticəsində mümkün olub".
Qeyd olunur ki, cinayətlə nəticələnən münaqişəyə "şəxsi ədavət" səbəb olub. Bojukun ölümü barədə məlumat bu ilin iyul ayında yayılmışdı. İlkin ehtimallara görə, kişi Odintsovoda sevgilisinin cəsədini doğrayıb. KİV-in məlumatına əsasən, qadının cəsədini yalnız bir müddət sonra tapmaq mümkün olub. Belə ki, hadisə yerinin yaxınlığında qadının itini görən yerli sakinlər bu barədə bina çatlarına yazıblar. Bundan sonra yaxınları iti tanıyıb və cəsədi çantanın içində aşkar ediblər.
Digər Xəbərlər
18 Oktyabr 2026 11:32
“Uzak şehir”də rol alacaq
18 Oktyabr 2026 00:52
“Atam və anamdan çox o, mənə dəstək oldu“ - İradə İbrahimova
17 Oktyabr 2026 18:25
Türkiyə Maksim Qalkinin konsertinin ləğvini tələb edir
16 Oktyabr 2026 10:54
Zaur Rzayevin son durumu
15 Oktyabr 2026 23:34
Azərbaycanda qızlar bir əsr əvvəl hicabsız - Xalq artisti nənəsinin fotosunu paylaşdı
15 Oktyabr 2026 13:07
Təranə Qumral: “Onu ad günümə dəvət etmişəm, gəlməsə…”
15 Oktyabr 2026 12:54
Hüseyn Məhəmmədoğlu: “İndi pul qazanmaq imkanı daha genişdir”
15 Oktyabr 2026 11:29


Bakı -°C

