Rusiyalı qız öz ölkəsindən çıxa bilmək üçün terror aktına cəhd etdi - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Sankt-Peterburqda terror aktı hazırlayan 23 yaşlı rusiyalı qızı saxlayıblar.
Adalet.az TASS-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Rusiya vətəndaşının Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə terror aktı hazırlığında iştirakı aşkar edilərək qarşısı alınıb.
Bildirilir ki, o, 2024-cü ilin iyun ayında teleqram və vatsap vasitəsilə Ukrayna xüsusi xidmət orqanının nümayəndəsi ilə əlaqə yaradıb. Rusiyadan çıxışa və Avropa İttifaqı ölkələrindən birinin vətəndaşlığını almağa kömək müqabilində diversiya-terror fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirib.
O, tapşırığa uyğun olaraq Moskva vilayətində ictimai yerlərdə Ukraynanı dəstəkləyən şüarlar yazıb və dəmiryolu infrastruktur obyektini yandırmağa cəhd göstərib.
2025-ci ilin aprel ayında isə Sankt-Peterburqa gedib və orada müdafiə sənayesinə aid müəssisələrdən birinin əməkdaşını izləyib. Məqsədi kustar üsulla hazırlanmış partlayıcı qurğudan istifadə etməklə həmin şəxsin avtomobilini partlatmaq olub. O, terror aktı planlaşdırılan şəxsin avtomobilinin altına həmin qurğunu yerləşdirdiyi an saxlanılıb.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Terror aktına cəhd edən şəxsin saxlanılma anının görüntülərini təqdim edirik:
Digər Xəbərlər

Rusiya Poltavaya zərbələr endirib - 2 ölü, 11 yaralı - YENİLƏNİB

Yekaterinburqda iş adamı Yunus Paşayevin öldürülməsinin təfərrüatları

Ermənistan parlamentində QALMAQAL
