adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Fevral 2023 11:04
266
GÜNDƏM

Rusiyanı tənqid edən Nevzorova 9 il iş kəsilir - TƏFƏRRÜAT

Moskvanın Basmannı məhkəməsindən jurnalist Aleksandr Nevzorovun Rusiya Federasiyasında xarici agent kimi tanınanaraq Rusiya ordusu haqqında dezinformasiya yaymaqda təqsirli bilinərək məhkəməyə verilib.


Adalet.az xəbər verir ki, dövlət ittihamçısı Nevzorovun qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib: “Sizdən xahiş edirəm ki, Nevzorov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “e” bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkməsi təmin edilsin” – deyə prokuror Oleq Lavrov bildirib. Prokuror eyni zamanda jurnalistin 4 il müddətinə internetdən istifadəsinə qadağa qoyulmasını xahiş edib.


Nevzorova qarşı ittiham irəli sürülən maddə 5 milyon rubla qədər cərimədən 10 ilədək həbs cəzasını nəzərdə tutur. Bundan əlavə, jurnalist rus hərbçiləri tərəfindən ukraynalı qadınlara qarşı təcavüz və zorlamaların olduğunu, həmçinin Mariupoldan olan mülki şəxslərdən canlı qalxan kimi istifadə edildiyini , bununlada yalan məlumat yaymaqda ittiham olunur. Nevzorov martın 9-da İnstaqramda ( Rusiyada fəaliyyəti qadağandır) və martın 19-da “YouTube” kanalında Rusiya Silahlı Qüvvələrinin Mariupolda doğum evini qəsdən atəşə tutması barədə yalan məlumat yaydığı da iddia olunur.

Nevzorovun vəkili müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu bəyan edərək, onun mövqeyini “fikir və söz azadlığı, həmçinin KİV haqqında qanun”la əsaslandırıb: " Nevzorov istedadlı jurnalist və tarixçidir, heç bir hərbi əməliyyatda iştirak etmir. O, müxtəlif açıq mənbələrdən məlumat götürüb və bu barədə yalnız tənbəllər yazmayıb", - deyə vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib. 

Nevzorovun məhkəməsi bu gün saat 11:00 yenidən davam edir.

Qeyd edək ki, son illərdə Nevzorov Rusiya hakimiyyətinin hərəkətlərini tənqid etməyə və Ukraynanı dəstəklədiyini bəyan etməyə başlayıb. Nəhayət, 2022-ci ilin aprelində bloqqer Rusiyada “xarici agent” elan edilib , may ayında isə axtarışa verilib .Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı publisist və bloger Aleksandr Nevzorova Ukrayna vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.


P.S. Rusiyanın ən məşhur telejurnalistlərindən biri olan Aleksandr Nevzorov vaxtilə, 1992-93-cü ildə Qarabağ müharibəsini işıqlandırmaq üçün cəbhə xəttində olub, hərbi əməliyyatların gedişini işıqlandırıb, əsgər və komandirlərlə görüşüb. O Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovla müharibə dövründə tanış olub və “Həyatımda gördüyüm ən cəsur əsgər” deyə Orucova böyük dəyər verib. Yeri gəlmişkən, o vaxt azərbaycanlıların ermənilərə uduzmasının səbəbini də Nevzorov açıqlamışdı:” Biz ora çatanda düşmənin azərbaycanlıları bu qədər tez necə məğlub edə bildiyi mənə aydın oldu. Məlum oldu ki, təkcə ermənilər yox, ermənilərin xeyrinə muzdla Pskov əsgərləri vuruşurlar azərbaycanlılara qarşı”.


Əntiqə Rəşid