Rza Rzayev: “Yəqin, ərəblər bu verilişə baxıb, bu söhbətə qulaq asıblar”
Akyor, rejissor Rza Rzayev xalq artisti Rasim Balayevi son açıqlamalarına görə şiddətlə qınayıb.
Adalet.az bildirir ki, o, xalq artistinin “Babək” filmindəki məşhur yastıqla şam söndürmə səhnəsindən danışmağınə normal hesab etməyib:
“Bu nə səviyyədir?! “Babək”-i Balayev Rasim olan ölkədə ərəblər at oynadar da… Etdiyi söhbətə, verdiyi izaha baxın. Bu nə səviyyədir?! Çayxanda öz kruqunda oturub söhbət etmirsən ki, ağzına gələni danışasan! TV-də danışırsan, xalqın önündə! Xalqı, tamaşaçını fikirləşmirsən, anladıq!
Həyat yoldaşın, gəlinlərin, nəvələrin bu verilişə baxmır?! Demirlər ki, bu nə danışıqdır? Onlardan utanmırsan, ayıb deyil?! Bu söhbəti edib, sonra onların üzünə necə çıxırsan? Adamın oynadığı rollara, yaşına, başına və etdiyi söhbətə baxın!
Ərəblərin ölkəmizdə at oynatmaqlarının səbəblərindən biri də xalq artisti adını belə birinin daşımasıdır!
Yəqin, ərəblər bu verilişə baxıb, bu söhbətə qulaq asıblar, gəliblər Balayev Rasimdən balınc atmağın sirrlərini öyrənməyə…”
Qeyd edək ki, xalq artisti Rasim Balayev açıqlamalarnın birində “Yadımdadır, “Babək” filminə dostlarımı çağırmışdım. Çəkiliş zamanı onlar da baxırdılar. Dostlarımdan biri Malik adlı həkim İrandan gəlmişdi. Bakıda həkim işləyirdi. Mən balıncı atıb şamı söndürəndə, o da dedi ki, gör nə qədər balınclar atıb ki, düz şamı söndürdü.”
Əntiqə
Digər Xəbərlər
09 Yanvar 2026 12:05
“Üzeyir Hacıbəyli Mükafatı”nı qazanan müəllimlərin sayı açıqlandı
07 Yanvar 2026 12:43
Mirzəağa Əliyevin teatrdan uzaqlaşdırdığı gənc aktyor - Əntiqə Kərimzadə yazır…
06 Yanvar 2026 13:24
Multikulturalizm Mərkəzi 2025-ci ili uğurla başa vurub
06 Yanvar 2026 10:50


Bakı -°C

