“Ölkənin lideri dəyişən dünyada Azərbaycanın siyasi çəkisini artırır”
“Yeni dünya düzəni anlayışı bu gün də aktual siyasi proses olaraq qalır və insanlar düşünürlər: yeni dünya necə olacaq? Əslində, bu ifadə həm elmi, həm də geosiyasi mənada realdır. Çünki beynəlxalq sistemdə güc balansı dəyişir, regional güclər fəallaşır, yeni iqtisadi və texnoloji mərkəzlər yaranır. Artıq hamıya məlumdur ki, dünya dəyişir”.
Adalet.az xəbər verir ki, bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, ən mühüm məqam isə ondan ibarətdir ki, dünya unipolyar sistemdən daha mürəkkəb və çoxmərkəzli sistemə keçid mərhələsindəyik:
“O cümlədəndə biz yeni güc balansının formalaşdırıldığı bir dövrü yaşayırıq. Təbii ki, burada ən böyük rəqabət ABŞ, Çin , Avropa, Rusiya və Türkiyə kimi digər aparıcı dövlətlər arasında gedir. Bu prosesdə əsas digər ölkələrin yeni dünya mərhələsində geosiyasi yeridir. Azərbaycan coğrafi mövqeyi, enerji ehtiyatları, nəqliyyat dəhlizləri və ən əsası, çevik diplomatiyası ilə öz strateji əhəmiyyətini artırıb. Bu, böyük düşüncənin əməyi, intellektual bacarıqların ərsəyə gətirdiyi uğurlardır. Biz bu gün şahidi oluruq ki, dünyada görünməyən təsir mexanizmlərindən istifadə edən dövlətlər yeni qaydalar uğrunda rəqabət aparır. Hələ, dünyanın açılmayan sirrələri çoxdur. Hələ bizə məlum deyil ki, gələcəkdə əsas güc mərkəzi kim olacaq, texnologiya, maliyyə və enerji hansı mərkəzdə cəmlənəcək. Dünya vahid maliyyə hegemonluğundan qurtulacaqmı? Süni intellekt dövlətlərin və hakimiyyətlərin vasitəsinə çevriləcəkmi? Dünyanın enerji xəritələri nə cür dəyişilir? Çünki enerji marşutları geosiyasi marşrutlara çevrilib. Regional güclərin müstəqillik səviyyəsi necə olacaq? Müharibələrin taleyi necə olacaq?”.
R.Hüseynov deyib ki, bizim üçün isə əsas prioritet öz ölkəmizdir:
“Bizim üçün Orta Dəhlizin əhəmiyyəti, o cümlədən xüsusi mövqeyimiz, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşməyimiz, Türk dünyası ilə güçlü əlaqələrimiz və beynəlxalq münasibətlərdə siyasi nüfuzumuz xüsusi əhəmiyyət daşıyır. Bu günün reallıqlarında dövlətin böyüklüyünü yalnız ərazi və əhali deyil, dövlətin müxtəlif güc mərkəzləri arasında öz milli maraqlarını qorumaq qabiliyyətdir. Buna görə ölkənin lideri dəyişən dünyada Azərbaycanın siyasi çəkisini artırır, yeni strateji resurslar əldə etmək, iqtisadiyyatımızı gücləndirmək istiqamətində addımlar atır. Bilirik ki, “iqtisadiyyat siyasətin güclü dayağıdır.” Coğrafiyanı diplomatik kapitala çevirməklə, diplomatiyanı iqtisadi imkanlara, iqtisadi imkanları isə dövlətin strateji çəkisini çevirdi. Milli maraqlara xidmət, dövlətçilik ənənələrinə sadiqlik budur. Hələ çox mürəkkəb proseslərdən keçmək məcburiyyətində qalan dünya ölkələrinin tərkibində biz də varıq. İndiyə qədər bütün imkanlardan istifadə edib, maksimum yararlanmaq siyasətini aparan, mümkün olanları reallaşdıran böyük bir siyasi prospektin ideaoloqu ilə bu yolda böyük nailiyyətlər qazanacağıq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Oktyabr 2026 10:57
"III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi" - Prezident
09 Oktyabr 2026 10:32
"Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır" - Prezident
09 Oktyabr 2026 10:32
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
09 Oktyabr 2026 10:31
"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqelərini möhkəmləndirir"
09 Oktyabr 2026 10:30
Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
09 Oktyabr 2026 10:30
"Laçındakı tədbirlər bu diyarın tarixi ilə yaxından tanış olmağa imkan yaradıb" - Prezident
09 Oktyabr 2026 10:25
"Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır" - Paşinyan
09 Oktyabr 2026 10:18


Bakı -°C

