adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 09:10
37
ŞOU-BİZNES
A- A+

Məcid Hüseynov: “Hazırda kino üçün çox vəsait ayrılmır”

Aktyor Məcid Hüseynov keyfiyyətli filmlərin çəkilməsi üçün  ayrılan  maddi vəsaitin yetərsiz olduğunu söyləyib.

Adalet.az bildirir ki, o, həm də məsələyə ssenarist kimi yanaşıb. Onun fikrincə  tez və az büdcə ilə ərsəyə gələn kinolar ancaq kommersiya xarakterli filmlərdir.

Aktyor “ Yaxşı film üçün yaxşı da ssenari yazılmalıdır. Ssenari isə asan əldə olunan məhsul deyil. Onu 2-3 günə yazmaq da qeyri-mümkündür. Onun üçün sakit bir məkana çəkilib ancaq yazmaqla məşğul olmalısan. Buna görə də ssenaristin  maddi təlabatını qarşılamaq gərəkdir.  Ssenari elə bir şeydir ki, onu yarımçıq qoydunsa, dünən qaldığın yerdən davam edə bilmirsən. Yəni ortadakı bədii rabitə qırılır. 

Hazırda bizim kino bazarında  böyük məbləğlər yoxdur. Yəni çox vəsait ayrılmır. 

Tamaşaçı deyir ki, niyə yaxşı film çəkmirsiniz?  Mən də deyirəm ki, hazırda çəkilən bir neçə filmlər var ki, onlar tam yaxşı filmdir. Ancaq sən 3-4 manat pul xərcləyib həmin filmlərə  kinoteatrda baxmaq istəmirsən. O filmləri “youtube”də izləyirsən. Məndən də yaxşı film çəkməyi tələb edirsən?!- deyib”.

Əntiqə