"Sabah" 10 nəfərlə "Qarabağ"a qalib gəldi - YENİLƏNİB
Bu gün “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edib.
Adalet.az xəbər verir ki, matçın 14-cü dəqiqəsində Coy Lens Mikelsin penaltidən vurduğu zərbəni "Qarabağ"ın qapıçısı Mateuş Koxalski dəf edib.
Oyunun 44-cü dəqiqəsində "Sabah"ın futbolçusu Abdulla Xaybullayev hesabı açıb.
Görüşün 46-cı dəqiqəsində isə qolun müəllifi A.Xaybullayev qırmızı vərəqə alaraq meydandan qovulub.
Qarşılaşma "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xallarının sayını 69-a çatdıran "Sabah" çempionluğa daha da yaxınlaşıb.
***09:23
Misli Premyer Liqasında 28-ci turun növbəti matçları bu gün keçiriləcək.
Adalet.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək.
Günün ikinci matçında çempionluğa iddialı komandalar, "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.


Bakı -°C

