Sabah 28 dərəcə isti olacaq
Mayın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Digər Xəbərlər
28 Oktyabr 2026 18:44
FHN növbəti “açıq qapı günü” tədbiri keçirdi
28 Oktyabr 2026 17:40
Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
28 Oktyabr 2026 12:27
Yağış yağacaq
27 Oktyabr 2026 18:10
Pomidorlar sahədə qalıb...
27 Oktyabr 2026 16:44
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
27 Oktyabr 2026 16:06
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
27 Oktyabr 2026 15:31
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
27 Oktyabr 2026 14:34


Bakı -°C

