Sabah Bakıda 37, rayonlarda 42 dərəcə isti olacaq
Avqustun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz. Mülayim cənub-şərq küləyi əsəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacaq.
Digər Xəbərlər
25 Aprel 2026 19:11
Azərbaycandan Ukraynaya növbəti yardım - Avtobuslar verildi
25 Aprel 2026 15:08
"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası
25 Aprel 2026 13:54
Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər
25 Aprel 2026 12:51


Bakı -°C

