Sabah bu ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 20-də gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gündüz isə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometrologiya Xidmətindən Adalet.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Digər Xəbərlər
28 Noyabr 2026 17:24
Bu gün bazara getdim...
28 Noyabr 2026 13:11
Bazar gününün havası
27 Noyabr 2026 17:47
Qanunsuz balıq ovuna qarşı reyd keçirilib
27 Noyabr 2026 16:38
Cəbrayıla 10 baş ceyran buraxıldı - FOTO
27 Noyabr 2026 15:19
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2026 10:00
Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib
26 Noyabr 2026 11:21
Qadına qarşı kim zorakılıq edir? – Kişilərin düşündürən cavabları
26 Noyabr 2026 07:50


Bakı -°C

