Sabah dağlıq ərazilərdə qar yağacaq
Yanvarın 9-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.
Digər Xəbərlər
31 Yanvar 2026 16:43
Küləklə bağlı XƏBƏRDARLIQ
31 Yanvar 2026 13:36
Bəzi ərazilərdə duman müşahidə olunur - FAKTİKİ HAVA
31 Yanvar 2026 13:03
Bazar günü hava necə olacaq?
30 Yanvar 2026 18:07
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
29 Yanvar 2026 12:05
Qanunsuz tikililərin sənədləşdirilməsi üzrə göstəricilər açıqlandı
29 Yanvar 2026 10:41
“Bunlarda nə əxlaq, nə din, nə iman, nə də insani keyfiyyətlərdən əsər var...”
28 Yanvar 2026 21:04
Alena Əliyeva Auitizm Mərkəzində - FOTOLAR
28 Yanvar 2026 17:15


Bakı -°C

