Sabah hava necə olacaq?
Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Adalet.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-19° isti olacaq.
Digər Xəbərlər
22 Oktyabr 2026 18:01
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
22 Oktyabr 2026 14:41
"İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktor təyin edildi
22 Oktyabr 2026 14:38
“Həzi Aslanov”dakı təmir yekunlaşdı
22 Oktyabr 2026 13:42
Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb
22 Oktyabr 2026 12:31
Yağış yağacaq, şimşək çaxacaq
22 Oktyabr 2026 11:00
Ərdoğanın prezident İlham Əliyevə birbaşa zəngi hava haqqında məlumat deyil - Şərh
22 Oktyabr 2026 10:56
FHN təlim keçirdi - VİDEO
22 Oktyabr 2026 10:54


Bakı -°C

